31 mart 2023 13:33
349

İtaliyanın müdafiə naziri Azərbaycan səfirini qəbul edib

İtaliyanın müdafiə naziri Quido Krosetto Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanovu qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliya Müdafıə Nazirliyi məlumat yayıb.

"Müdafiə, enerji və regional kontekstdə təhlükəsizlik, o cümlədən iki ölkə arasında hərbi, sənaye və siyasi əlaqələrin gücləndirilməsi də daxil olmaqla ümumi maraq doğuran mövzular ətrafında səmimi müzakirə aparılıb", İtaliya Müdafiə Nazirliyi bildirib.