01 aprel 2023 13:47
3437

Haaqada 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

1918-ci ilin mar-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı qurbanlarının xatirəsi Niderlandın Haaqa şəhərində də anılıb.

“İki sahil” xəbər verir ki, Hollanda -Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə keçirilmiş anım tədbirində bu ölkədə yaşayan Azərbaycan və türk icmalarının üzvləri, diaspor fəalları iştirak ediblər.

Anım tədbiri 1918-ci il 31 Mart soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Hollanda-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşqin soyqırımla bağlı məlumat verib. O, qanlı hadisələrlə bağlı yaşlı nəsildən eşitdiyi xatirələrini bölüşüb.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi assosiasiyasının rəhbəri Mayisə Ağamirzəyeva və “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının rəhbəri Firəngiz Bağırova erməni bolşeviklərinin günahsız insanlara amansızlıqla əzab verərək qətlə yetirmələrindən danışıblar.