Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin maneəsiz keçidi davam edir.
“İki sahil” xəbər verir ki, BQXK-nin Laçın istiqamətindən gəlib, Xankəndiyə gedən karvanı 8 minik, 6 yük maşınından ibarət olub. Minik avtomobillərində erməni əsilli sakinlər olub.