02 aprel 2023 20:40
346

Azərbaycan XİN: Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir

Azərbaycanlılar Ermənistanın basdırdığı minalar nəticəsində ölməkdə və şikəst olmaqda davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında qeyd edilib.

Bildirilib ki, bu gün bir hərbi qulluqçu minanın partlaması nəticəsində həlak olub. 2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatınıı itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir.