03 aprel 2023 16:25
397

Sabah parlamentdə İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi müzakirəyə çıxarılacaq

Milli Məclisin iclasının gündəliyi dəyişib.

“İki sahil” xəbər verir ki, iclasın gündəliyinə “İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında” məsələ daxil edilib.

Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.