Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolu təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ parlamentin aprelin 4-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Milli Məclis, həmçinin “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişə dəyişikliklər edilməsinə dair Protokolu da təsdiq edib.
Sazişə dəyişikliklər edilməsinə dair Protokol 2022-ci il noyabrın 10-da Səmərqənd şəhərində imzalanıb.
Qanun layihəsi səsvermədən sonra qəbul edilib.
Vüqar Rəhimzadə: Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib