“ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir. Bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq”.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataraman media üçün brifinqdə bildirib.

“ABŞ bu təşəbbüsə logistika və nəqliyyat sahəsində təcrübəsini, ABŞ-ın özəl şirkətlərinin öz təcrübəsini fəal şəkildə bölüşməsi ilə dəstək verə bilər”, - o deyib.
Amerikalı rəsmi ölkəsinin özəl şirkətlərin hansı ölkəyə və ya regiona investisiya qoyacağını yönləndirmədiyini deyib. O qeyd edib ki, ölkəsi ABŞ şirkətlərinin Azərbaycanın bütün bölgələrində fəaliyyətini dəstəkləyir.
Vüqar Rəhimzadə: Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib