"Avropa İttifaqı (Aİ) 8 milyon avro yardımla Azərbaycanda minaların təmizlənməsi üçün ən böyük beynəlxalq donordur".
“İki sahil” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko tviterdə yazıb.
“Biz bütün dünyada, o cümlədən Azərbaycanda mina qurbanlarının olmasına təəssüf edirik. Biz minatəmizləmə üçün bu dəstəyi davam etdirəcəyik, o cümlədən ekspert məsləhətləri vermək və münaqişədən zərər çəkmiş əhaliyə yardım göstərmək, reabilitasiya və yenidənqurma işləri aparacağıq. Aİ regionda davamlı sülhün qurulmasına qətiyyətlə sadiqdir”, - o bildirib.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndirici Vladanka Andrevya isə tviterdə yazıb ki, ərazilərin minalardan təmizlənmsi üçün ANAMA ilə əməkdaşlıq davam edəcək: "Minalar və digər partlayıcı qalıqlar insan həyatı və davamlı inkişaf üçün təhlükə yaradır".
Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.
Vüqar Rəhimzadə: Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib