Siz qeyd etdiyiniz kimi, Azərbaycanla Tacikistan arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü zamanı söyləyib.
Dövlət başçısı deyib: “Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var”.
Vüqar Rəhimzadə: Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib