05 aprel 2023 17:40
295

Malayziya səfirliyi Azərbaycanı diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik edib

Malayziya səfirliyi Azərbaycanı diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, səfirlik bu barədə tviter səhifəsində paylaşım edib.

“Malayziya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq”, - təbrikdə deyilir.

Xatırladaq ki, Azərbaycan ilə Malayziya arasında diplomatik əlaqələr 1993-cü il aprelin 5-də qurulub.