23 aprel 2023 16:07
472

Ayxan Hacızadə: “Azərbaycan Ermənistanın Laçın-Xankəndi yolundan sui-istifadəi səbəbindən sərhəd-keçid məntəqəsi yaradıb”

“Azərbaycan Ermənistanın Laçın-Xankəndi yolundan sui-istifadə etməsi və bunun nəticəsində təhlükəsizlik təhdidləri səbəbindən iki ölkənin sərhədində sərhəd-keçid məntəqəsi yaradıb”.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə özünün "Twitter" səhifəsində yazıb.

“Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunacaq”, - A.Hacızadə qeyd edib.