Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət burqxılış məntəqəsini quraşdırması Cənubi Qafqazda vəziyyətin köklü şəkildə dəyişməsi deməkdir.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.
"Aprelin 23-də Azərbaycan Ermənistanla Qarabağ arasında əlaqənin keçdiyi Laçın yolunda öz nəzarət-buraxılış məntəqəsini qurub. Azərbaycan bu nəzarət buraxılış məntəqəsinin zəruri olduğunu rəsmən bəyan edir. Ona görə zəruridir ki, Qarabağa mina daşınmasın. Həmin ərazilərdə Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunn minaların basdırılmasına dair çoxlu nümunələr var.
Nəzarət-buraxılış məntəqəsi ona görə zəruridir ki, Qarabağda erməni hərbi qarnizonunun rotasiyası olmasın. Ona görə zəruridir ki, Qarabağdan təbii sərvətlərin daşınması olmasın və nəhayət bu, Qarabağa silah daşınmasının qarşısı almaq üçün zəruridir", deyə rusiyalı politoloq vurğulayıb.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar