Biz Qarabağdakı Rusiya sülhməramlı kontingentinin (RSK) məsuliyyət zonasında, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, eləcə də rəsmi Bakı ilə İrəvan arasında dialoqda yaranmış vəziyyətdən ciddi narahat olduğumuzu bildiririk.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Biz son dərəcə narahatlıqla atəşkəs rejiminin pozulması hallarının və hər iki tərəfdən mütəmadi olaraq itkilərlə nəticələnən müxtəlif insidentlərin artmasını qeyd edirik. Biz Azərbaycanın və Ermənistanın ictimai məkanında ittihamedici və aqressiv ritorikanın artmasını heç də az təhlükəli hesab etmirik. 23 aprel hadisələrinin inkişafı kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının əsas müddəalarını pozan hər hansı birtərəfli addımların yolverilməzliyini, Laçın dəhlizinin iş rejiminin razılaşdırılmamış dəyişdirilməsi və ya ondan sülh gündəliyinə uyğun olmayan məqsədlər üçün istifadə cəhdlərini xüsusilə qeyd edirik.
Biz tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq. Biz bundan çıxış edirik ki, heç bir halda yerli əhali əziyyət çəkməsin, onların dolanışığına heç bir maneə yaradılmamalıdır.
Hesab edirik ki, yaranmış problemlərin bir çoxu aylarla davam edən fəaliyyətsizliyin, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin əsas istiqamətləri, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə başlanması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması üzrə danışıqlar prosesində irəliləyişin olmamasının nəticəsidir.
Ümid edirik ki, Bakı və İrəvan siyasi iradə nümayiş etdirəcək və yaxın gələcəkdə bu mənfi tendensiyanın öhdəsindən gələ biləcəklər.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar