24 aprel 2023 14:20
518

Kreml: Bakı, İrəvan və Moskva arasında alternativsiz olan razılaşmaların müddəalarının icrası davam etdiriləcək

Krem Bakı, İrəvan və Moskva arasındakı üçtərəfli razılaşmaların müddəalarının reallaşdırılmasını alternativsiz hesab edir.

“İki sahil” xəbər verir ki, bunu Kremlin Mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiya Federasiyası Bakı, İrəvan və Moskva arasında alternativsiz olan razılaşmaların müddəalarının icrası üzərində işi davam etdirəcək", - deyə Kremlin sözçüsü vurğulayıb.