“Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailələrinə bir xəbər verilməlidir”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç bu gün işə başlamış yaz sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, bütün müharibələrdə olduğu kimi, Birinci Qarabağ müharibəsi zamanı da itkin düşənlər olub: “Ailələri onların başına nə gəldiyini bilməlidirlər”.
Baş katib həmçinin Avropa Şurasının ölkələr arasında inamın yaranması üçün aktiv fəaliyyət göstərdiyini deyib.
“Azərbaycan ilə Ermənistan arasında mart ayında keçirilən İstanbul görüşünün davamı olmalıdır. Biz iki ölkə arasında inamın bərpa olunması sahəsində fəaliyyətimizi davam etdirməliyik”, - o qeyd edib.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar