Azərbaycanlı deputat AŞPA-da Laçın yolunda keçid məntəqəsinin qurulmasının önəmindən danışıb
“İki sahil” xəbər verir ki, bu gün AŞPA-nın yaz sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Laçın yolunda keçid məntəqəsinin qurulmasının önəmindən danışıb. O qeyd edib ki, Ermənistan Laçın yolundan qanunsuz olaraq hərbi məqsədlər üçün sui-istifadə edib: "İki il yarım əvvəl liderlər tərəfindən üçtərəfli bəyanatın imzalanmasından bu yana Azərbaycan Ermənistan tərəfinin Laçın yolundan geniş sui-istifadə hallarına ardıcıl olaraq diqqət çəkib. 2022-ci ilin avqustundan bəri 2021-ci ildə Ermənistanda istehsal olunan piyada əleyhinə 2700-dən çox mina Laçın və Kəlbəcər rayonlarının bəzi hissələrində aşkar edilib. Bu minaların hamısı Azərbaycan ərazisinə Laçın yolu üzərindən gətirilib”.
Deputat bildirib ki, təhlükəsizlik vəziyyətinin pisləşməsi nəzərə alınaraq və Ermənsitanın qeyri-qanuni məqsədlər üçün Laçın yolundan böyük miqyasda sui-istifadə hallarının artması ilə Azərbaycan hökuməti tərəfindən Laçın Xankəndi yolunun başlanğıcında sərhəd nəzarəti qurmaq qərarına gəlinib.
Rafael Hüseynov bildirib ki, bu, Azərbaycanın öz sərhədlərinə nəzarət etmək üçün suveren hüquqlarına tam uyğundur.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar