Aprelin 24-də ATƏT Parlament Assambleyasının (PA) Kopenhagendə Büro iclası keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadiyyat və Ekologiya Komitəsinin sədri Azay Quliyev Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi, belə bir qərarın qəbul olunmasının səbəbləri və nəticələri barədə ATƏT PA-nın Bürö üzvlərini məlumatlandırıb.
Ermənistan-Azərbaycan sərhədində, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını zəruri edən amilləri sadalayan Azay Quliyev bildirib ki, Ermənistan son 3 ilə yaxındır 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bəndlərini kobud şəkildə pozaraq Laçın yolundan sistemli şəkildə sui-istifadə edib: “Ermənistan Azərbaycanın ərazisində hələ də qanunsuz olaraq saxladığı silahlı birləşmələrin rotasoyasını həyata keçirib, Laçın yolu vasitəsilə qanunsuz silah və sursat daşıyıb, terrorçuların və sabotaj qrupu üzvlərini Qarabağa gətirib, Azərbaycanın təbii ehtiyatlarının və mədəni sərvətlərinin talanması və xaricə satılması məqsədilə istifadə edib. Həmçinin Laçın yolu Ermənistan tərəfindən minaların və partlayıcı maddələrin Azərbaycana gətirilməsi və azərbaycanlıların öldürülməsi üçün istifadə edilib. Təkcə 2022-ci ilin avqust ayından bəri Azərbaycan ərazisində Ermənistanın istehsal etdiyi 2700 piyadalar əleyhinə mina basdırılıb. Son iki ildə 294 azərbaycanlı mina partlayışının qurbanı olub”.
Azay Quliyev Büro üzvlərinin diqqətinə çatdırıb ki, sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasının çox böyük faydası olacaq və bununla, mövcud problemlərin hamısı həll olunacaq.
İlk növbədə, Laçın yolunda hərəkətin şəffaflığı təmin olunacaq, Azərbaycan bütün ərazisində milli təhlükəsizliyini , suverenliyini və qanun aliliyini təmin edəcək. Eyni zamanda, Azərbaycan üçtərəfli Bəyanata uyğun olaraq Laçın yolu üzərindən hər iki tərəfə vətəndaşların və nəqliyyatın təhlükəsizliyinə zəmanət verəcək. Ölkəmiz beynəlxalq hüquqa uyğun olaraq ərazisinə qanunsuz giriş və çıxışların, xüsusilə yuxarıda qeyd olunan sui-istifadələrin qarşısı alınacaq.
Azay Quliyev əminliklə bildirib ki, Ermənistan-Azərbaycan sərhədində, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması hazırda mövcud olan problemləri kökündən həll edəcək.
ATƏT PA qeyd olunan müsbət dinamikanı nəzərə almalı və Azərbaycan Ermənistan arasında sülh sazişinin imzalanmasına töhfə verməlidir.
Qeyd edək ki, bu gün Büro ATƏT PA-nın fəaliyyətini, qurumun Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitələrinin hesabatları və qətnamə layihələrini müzakirə edib.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar