25 aprel 2023 03:05
501

Xəzər İbrahim: Ermənilərin Azərbaycan səfirliyi önündə mitinq keçiriblər

Qondarma “erməni soyqırımı”nın ildönümündə ABŞ-də yaşayan ermənilər Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında mitinq keçirirlər.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan səfiri Xəzər İbrahim özünün "Twitter" səhifəsində bildirib.

“Ermənilər səfirliyimizin önündə sülh istədikləri şüarları səsləndirməklə yanaşı, həm də Azərbaycan və Türkiyənin suveren ərazilərinə iddialar səsləndirirlər. “Sülh” sözü ermənicə “müharibə” kimi tərcümə olunur?”, - diplomat sosial şəbəkədə qeyd edib.