Burada olmağımdan və bu Anlaşma Memorandumunu imzalamaqdan çox məmnunam. Əməkdaşlıq və həmrəylik bir il ərzində nə etdiklərimizə cavabdır.
“İki sahil” xəbər verir ki, bunu Rumıniya energetika naziri Vircil Daniyel Popesku Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasimində deyib.
“Memorandumu imzaladıqdan sonra edəcəyimiz və etməli olduğumuz çox şey var. Növbəti qışda qarşılaşacağımız çağırışlar olacaq. Düşünürəm ki bu memorandum Türkiyə, Ukrayna və Moldova kimi ölkələr üçün də qapılarını açıq saxlamalıdır. Təbii ki, bu həmrəylik memorandumu çərçivəsində biz onlarla da əməkdaşlıq etməliyik. Biz böyük böhranlarla üzləşirik, lakin birlikdə onlara güc gələ bilərik”, - nazir qeyd edib.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar