Azərbaycan 27 ildən çoxdur ki, Avropanın etibarlı xam neft tədarükçüsüdür.
“İki sahil” xəbər verir ki, bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
“Mən Bolqarıstan Prezidenti cənab Radevin bu möhkəm tərəfdaşlar komandasının yaradılması təşəbbüsündəki xüsusi rolunu vurğulamaq istərdim. Əminəm ki, “Həmrəylik halqası” bizim birgə planlarımızın həyata keçirilməsində vacib rol oynayacaq. Mən həmçinin sizə bildirmək istərdim ki, təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. Biz 27 ildən çoxdur ki, etibarlı xam neft tədarükçüsüyük, elektrik enerjisi də bizim ixracımızın bir hissəsidir”, - Prezident İlham Əliyev qeyd edib.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar