25 aprel 2023 19:18
338

Bu gün imzalanan memorandum Azərbaycana Avropaya daha çox qaz ixrac etməyə imkan verəcək - Prezident İlham Əliyev

Azərbaycan Avropa İttifaqı  bazarına qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bunu Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Prezident İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, Aİ-yə qaz ixracı bu il Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək: “Ötən ilin iyulunda Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu memorandum əsasında biz 2027-ci ilədək Avropa İttifaqı  bazarına qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq" deyə İ.Əliyev qeyd edib.