Yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi tamamilə yanlışdır.
“İki sahil” xəbər verir ki, bu barədə XİN-in Ermənistanın baş naziri Nikol Paşinyanın 27 aprel tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində deyilir.
“Bununla yanaşı, Baş nazirin iddialarının əksinə, Üçtərəfli bəyanata əsasən, Azərbaycanın Laçın yolu üzərində səlahiyyətləri və suveren hüquqları mövcuddur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək"- şərhdə vurğulanır.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar