Azərbaycan 2023-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikasının “ASAN xidmət” təcrübəsindən faydalanaraq, İslam İnkişaf Bankına üzv ölkələrdə onlayn/elektron dövlət xidmətləri göstərilməsinin gücləndirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiq edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Bu Fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İslam İnkişaf Bankına bildiriş göndərmək tapşırılıb.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar