Avropa mayeləşdirilmiş qaz (LNG) terminalları aprel ayında qaz nəqli şəbəkəsinə rekord həcmdə “mavi yanacaq” göndəriblər.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatında deyilir.
Belə ki, ötən ay qeyd olunan göstərici təqribən 12,1 mlrd. kubmetr həcmində olub.
Məlumata görə, əvvəlki rekord göstərici – 11,9 mlrd. kubmetr, ötən ilin dekabrında qeydə alınıb.
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib