03 may 2023 08:36
536

Beynəlxalq konfrans iştirakçılarının olduğu təyyarə Füzuli hava limanında enib

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda beynəlxalq konfransın iştirakçılarının olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanında eniş edib.

“İki sahil” xəbər verir ki, konfransda dünyanın 30-dan çox ölkəsindən 60-a yaxın alim və ekspert iştirak edib.

Konfransın ikinci sessiyası bu gün Şuşada keçiriləcək.