Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ay təsdiqlədiyi “Virtual aktivlərlə əməliyyatların aparılması Qaydası" çirkli pulların yuyulmasının qarşısını almaq məqsədi daşıyır.
“İki sahil” xəbər verir ki, bunu qurumun baş direktoru Toğrul Əliyev uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.
"Həmin qərarın kriptovalyuta bazarının tənzimlənməsi ilə heç bir əlaqəsi yoxdur", - deyə o qeyd edib.
"Bu gün Azərbaycanda virtual aktivlərlə əməliyyat aparan oyunçu yoxdur" - deyə AMB rəsmisi əlavə edib.
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib