03 may 2023 16:44
517

Azərbaycan XİN Serbiyaya başsağlığı verib

Serbiyanın paytaxtı Belqrad şəhərindəki məktəbdə baş vermiş silahlı insident xəbəri bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə, Serbiya xalqına və hökumətinə səmimi qəlbdən başsağlığı veririk.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

“Yaralıların tezliklə sağalmasını diləyirik”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Belqradda məktəbdə baş vermiş silahlı insident zamanı azı 8 şagird və məktəbin təhlükəsizlik nəzarətçisi qətlə yetirilib.