Mayın 9-da Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub.
“İki sahil” xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki, Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5400 kvadratmetr olacaq. Dörd mərtəbədən və zirzəmi qatından ibarət binada yerləşəcək mənzillərdən 24-ü ikiotaqlı, 6-sı isə üçotaqlıdır. Qeyd edilib ki, ərazidə qeyri-yaşayış binası da inşa olunacaq. A və B korpuslarından, həmçinin ofis binasından ibarət həmin binanın ümumi sahəsi 5745 kvadratmetr nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcək.
Sonra dövlətimizin başçısı Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini qoyub.
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA