Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti azərbaycanlıların ağsaqqallarından olan Kars Soylu köyünden Samet Yolcunun İstanbul şəhərində yas mərasimində iştirak edib.
“İki sahil” xəbər verir ki, mərasimdə Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım, AK Parti Ataşehir ilçe başqanı Burak Çifçi, Kars-Ardahan-Iğdır təhsil və mədəniyyət təşkilatının sədri Əkrəm Tanyıldız, Milli Məclisin deputatları Nizami Səfərov, Aydın Mirzəzadə, Kəmaləddin Qafarov, Ceyhun Məmmədov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov iştirak ediblər.
Qardaşlıq və dostluq mesajlarının verildiyi məclisdə ölkələrimiz, xalqlarımız arasında olan sarsılmaz birliyin, qardaşlığın əbədi olacağı vurğulanıb.
Qeyd edilib ki, Türkiyə-Azərbaycan dostluğu və birliyi sarsılmazdır.
Xatırladaq ki, YAP nümayəndə heyətinin İstanbul şəhərindəki görüşləri davam edir.
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA