09 may 2023 18:55
611

Muxtar Məmmədov İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri ilə görüşüb

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Knessetin deputatı və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Beliakla görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə səfir Tvitter səhifəsində məlumat yayıb.

“Knessetin deputatı və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Beliakla məhsuldar görüş olub. İkitərəfli əlaqələrimiz müzakirə olundu və parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulandı” – deyə səfir qeyd edib.