10 may 2023 16:00
512

Hicran Hüseynova Samsun şəhər Bələdiyyə Məclisində çıxış edib 

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Samsun şəhər Bələdiyyə Məclisinin iclasında iştirak ediblər.

“İki sahil” xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edib.

O çıxışında Türkiyə-Azərbaycan qardaşlığından danışıb: "Türkiyə və Azərbaycanın iki dövlət bir millətdir. Dünyadakı bütün türk xalqları qardaşdır. Hər iki xalq üçün birlik baxımından əhəmiyyətlidir. Qardaşlıq münasibətləri bundan sonra daha da yaxşılaşacaq. Türkiyə dünyada sözünü deyən ölkədir. Biz də bununla fəxr edirik. Türkiyə 44 günlük Vətən müharibəsi başlayan ilk gündən etibarən Azərbaycanın yanında olub".

Hicran Hüseynova qarşıdan gələn seçkilərdə Türkiyə xalqına uğur arzu edib.

Daha sonra Məclisdə iştirak edən AK parti, CHP, İYİ Partinin və digər partiyalardan olan məclis üzvləri çıxış edərək Azərbaycan nümayəndə heyətinə təşəkkür ediblər.