May 10-da Azərbaycanın Türkmənistandakı Səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə qəbul keçirilmiş və bir müddət əvvəl inşası başa çatmış Səfirliyin yeni inzibati binasının rəsmi açılışı olub.
Səfirlikdən verilən məlumata istinadən xəbər verir ki, tədbirdə fövqəladə və səlahiyyətli səfir Həsən Zeynalov Azərbaycan Səfirliyinin yeni inzibati binasının bir müddət öncə tikilsə də rəsmi açılışının məhz Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günü edilməsinin qərara alındığını qeyd edib.
Mərasimdə Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, Türkmənistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri və əməkdaşları, media və ictimaiyyət nümayəndələri, eləcə də soydaşlarımız iştirak ediblər.
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA