Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev əbədiyaşar liderin Fəxri xiyabanda məzarını ziyarət edib.
“İki sahil” xəbər verir ki, Samir Nuriyev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramını bildirib.
Sonra Prezident Administrasiyasının rəhbəri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstəsi qoyub.
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA