Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) növbəti tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dahi şəxsiyyətin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov çıxış edərək Ulu Öndərin zəngin həyatına və mənalı ömür yoluna nəzər salıblar. Bildirilib ki, uzaqgörən lider, cəsarətli insan, həyatını xalqına həsr edən, bütün dövrlərdə ölkəsinə sədaqətlə xidmət göstərən, Azərbaycanı inamla irəliyə aparan və dünyada tanıdan Heydər Əliyevin əvəzolunmaz xidmətləri sayəsində bu gün Azərbaycan beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınır.
Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA