Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Milan Layçak APA-ya müsahibəsi zamanı məlumat verib.
Səfirin sözlərinə görə, rəsmi səfər bu ilin iyununda baş tutacaq: “Slovakiya 2019-cu ilin noyabr ayında Bakıda öz səfirliyini açıb və ölkələrimiz arasında biznesin təşviqi istiqamətində fəaliyyətimiz kifayət qədər intensivdir.
Bratislavada Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını gözləyirik. İnanırıq ki, bu, iyun ayında Azərbaycan xarici işlər nazirinizin Slovakiyaya rəsmi səfəri zamanı həyata keçiriləcək”.
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA