Akar: Azərbaycan və Türkiyə Ermənistana uzatdığı sülh əlinin qəbul edilməsini gözləyir
“Azərbaycan və Türkiyə birlikdə Ermənistana sülh əli uzatdı. Biz hələ də bu sülh əlinin qəbul edilməsini gözləyirik. Biz sülh istəyirik”.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar “Anadolu Qartalı 2023” təlimlərinin nəticələrinə dair brifinq zamanı bildirib.
O qeyd edib ki, bölgədə sülh hər kəsin xeyrinədir.
“Bunu izah etməyə çalışırıq. Biz Ermənistana deyirik, özünüz olun, kənardan gələn təkliflərlə hərəkət etməyin. Düşünürük ki, bu bölgənin şərtlərinə və coğrafiyasına uyğun hərəkət etsəniz, bölgə üçün və özünüz üçün də çox daha faydalı olar”.
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA