11 may 2023 17:42
468

MN: Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə məruz qalır

Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.

“İki sahil” xəbər verir ki, bu barədə MN məlumat yayıb.

"Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür", MN-dən bildirilib.