11 may 2023 21:55
430

Zakir Həsənov: Ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür

Azərbaycan-Türkiyə əlaqələri dövlət başçılarımızın rəhbərliyi ilə uğurla davam etdirilir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov “Anadolu Qartalı - 2023” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə deyib.

Nazir bildirib ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür.