Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Ravil Qaynutdin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident!
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin adından və şəxsən öz adımdan Sizi və bütün qardaş Azərbaycan xalqını əlamətdar tarix – Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.
Sovet İttifaqının rəhbərlərindən biri olmuş, ağır sınaq illərində Azərbaycana başçılıq etmiş xalqın görkəmli oğlunun xatirəsi bir çox ölkələrdə hörmətlə anılır. Rusiya müsəlman ruhaniləri də göndərilən təbriklərə dərin ehtiramla qoşulurlar. Məhz bu yubileyə müxtəlif tədbirlər həsr olunub, onların arasında bizim Moskva İslam İnstitutunda Azərbaycan alimlərinin, tanınmış mədəniyyət və elm xadimlərinin iştirak etdikləri Azərbaycan Elm və Mədəniyyət Günləri də var.
Sizin rəhbərliyinizlə qazanılan şəksiz qələbələr və Azərbaycanın parlaq uğurları bizdə xüsusi sevinc hissi doğurur. Azərbaycanın iqtisadi, siyasi, mədəni uğurları əsası Heydər Əliyev tərəfindən qoyulmuş təşəbbüslərin davamlılığının ən yaxşı təsdiqidir. Biz bunu Rusiya və Azərbaycan xalqları arasında tarixi qardaşlıq münasibətlərinin inkişafı və möhkəmlənməsində, konfessiyalara və millətlərə ardıcıl dövlət dəstəyində sevinclə müşahidə edirik.
Çox hörmətli Heydər Əliyevin öz xalqı, Vətəninin tərəqqisi, şöhrəti naminə fədakar xidmətləri xüsusi qeyd edilməlidir. Bu dahi dövlət xadiminin 100 illik yubileyinin qeyd olunduğu bu günlərdə Uca Allaha ona öz mərhəmətini bəxş etməsi üçün dua edirəm".
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA