“Litva ilə Azərbaycan arasında siyasi dialoq son bir neçə ildə xeyli intensivləşib”.
Bunu Litva Seyminin üzvü Radvile Morkunayte-Mikuleniene Azərbaycan və Litva xarici işlər nazirlərinin mayın 8-də Vilnüsdə baş tutan görüşünü və dövlətlərarası münasibətlərin gələcəkdə hansı şəkildə inkişaf edəcəyini şərh edərkən deyib.
O söyləyib ki, Litva Cənubi Qafqazda baş verənləri yaxından izləyir və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşacağına ümid edir, eyni zamanda Avropa İttifaqı və ABŞ-nin danışıqlara yardım etmə səylərini də qətiyyətlə dəstəkləyir.
Deputat bildirib ki, hazırda Rusiyanın Ukraynaya qarşı apardığı müharibə Litvanın milli təhlükəsizliyinə diqqət yönəltmək üçün ən mühüm amildir:
“Litva bütün region ölkələri üçün ekzistensial və uzunmüddətli təhlükə yaradan təcavüzkarı məğlub edə bilməsi üçün Ukraynanı mümkün olan bütün yollarla dəstəkləməyə davam edir. Biz suveren bir ölkə olan Ukraynaya qarşı başladılmış müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırmaq üçün Rusiya və onun tərəfdaşı Belarusa qarşı beynəlxalq sanksiyaların vacibliyini vurğulayırıq. Litva bu dövlətlərin üçüncü ölkələrin əraziləri vasitəsilə sanksiyalardan yayınmasının qarşısının alınmalı olduğunu bildirir. Düşünürəm ki, Avropa İttifaqının əsasını qoyduğu dəyərlərə-qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət Litva və Azərbaycan münasibətləri üçün də əsas olmalıdır”.
Radvile Morkunayte-Mikuleniene onu da vurğulayıb ki, iki ölkə enerji təhlükəsizliyi və tranzit, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi, turizm, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, mədəniyyət, elm və təhsil, idman kimi sahələrdə də əlaqələri genişləndirə bilər.
“Report”
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA