14 may 2023 12:48
582

Zaqatalada yanan məktəbin şagirdləri Əliabad qəsəbə 3 nömrəli tam orta məktəbinə köçürüləcək

Mayın 13-də axşam saatlarında ildırım vurması nəticəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Zaqatala rayon Əliabad qəsəbə 4 nömrəli tam orta məktəbin dam örtüyündə yanğın baş verib.

“İki sahil” xəbər verir ki,  Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, vəziyyətlə bağlı məktəbdə təhsil alan şagirdlər digər qonşu Zaqatala rayon Əliabad qəsəbə 3 nömrəli tam orta məktəbinə köçürüləcək və ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq.

Qeyd edək ki, 360 şagird yerlik 3 mərtəbəli məktəb binasında hal-hazırda 290 şagird təhsil alır.