14 may 2023 17:21
427

Milli Məclisin sədri Ərəb Parlamentinin sədrinə azad olunmuş ərazilərdəki bərpa və quruculuq barədə məlumat verib

Milli Məclisin sədri Sahibə Qafarova mayın 14-də ölkəmizdə səfərdə olan Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşündə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə də geniş məlumat verib.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan beynəlxalq hüququn hamılıqla tanınmış 5 prinsipi əsasında Ermənistana sülh təklif edib. Sülh sazişinin imzalanması regionda sülh, sabitlik və firavanlığa nail olmağın yeganə yoludur.