14 may 2023 20:35
324

Şarl Mişel: Liderlər yenidən Brüsseldə görüşəcəklər

Brüsseldə Azərbaycan və Ermənistanla lazım olan qədər tezlikdə görüşlər keçirmək qərarına gəlinib.

“İki sahil” xəbər verir ki, bunu Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanatında deyib.