15 may 2023 13:31
312

Prezident: Ermənilər xalqımıza qarşı mədəni soyqırımı törədib

30 illik işğal dövründə ermənilər xalqımıza qarşı mədəni soyqırımı törədib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən bildirib. Azərbaycan Prezidenti həmin ərazilərdə ermənilərin İslam maddi-mədəniyyət irsini məhv etdiklərini, 67 məsciddən 65-ni dağıtdıqlarını diqqətə çatdırıb.

Dövlət başçısı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat verib.