Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçiriləcək xüsusi sessiyada iştirak edəcək.
“İki sahil” xəbər verir ki, parlament spikeri bu barədə gürcüstanlı jurnalistlərə açıqlamasında bildirib.
O, müxtəlif ölkələrin parlament nümayəndə heyətlərinin iştirak edəcəyi sessiyada çıxış edəcəyini qeyd edib.
Azərbaycanda keçirdiyi görüşlərlə bağlı danışan Papuaşvili bildirib ki, həm Prezident İlham Əliyev, həm də Baş nazir Əli Əsədovla keçirdiyi görüşlərdə Gürcüstan və Azərbaycanın Avropa və Asiyanın əlaqələndirilməsində oynadığı rola dair müzakirə aparıb.
Azərbaycan “Der Spiegel” nəşrinin yazdıqları ilə bağlı Almaniyaya etiraz bildirib
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir - Politoloq
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO