ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelt nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər edəcəklərini və ərazilərimizin yenidən qurulması prosesləri ilə tanış olacaqlarını vurğulayıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.
Marqareta Sederfelt hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində media müstəvisində müsbət bəyanatların olduğunu qeyd edərək sülh gündəliyi ilə maraqlanıb.
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib YENİLƏNƏCƏK
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO