23 may 2023 15:44
439

Xalqlarımızın maraqlarına cavab verən əlaqələrin dinamik inkişafından məmnunuq- Tacikistan Prezidenti

Biz ikitərəfli münasibətlərin konstruktiv atmosferindən və əlbəttə ki, ölkələrimizin xalqlarımızın köklü maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələrinin dinamik inkişafından məmnunuq.

“İki sahil” xəbər verir ki, bu barədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonın Prezident İlham Əliyevə təbrik məktubunda deyilir.

“Sizin bu yaxınlarda Tacikistana dövlət səfəriniz zamanı görüşlərimizi səmimiyyətlə xatırlayıram. Əminəm ki, bu səfər çərçivəsində əldə olunan razılaşmaların praktik icrası uzunmüddətli perspektivə istiqamətlənmiş səmərəli Tacikistan-Azərbaycan əməkdaşlığına yeni impuls verəcək”, - məktubda vurğulanır.