24 may 2023 14:22
354

“Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi hazırlanıb

“Artıq “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi hazırdır və təqdim olunub”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

Nazir müavini bildirib ki, bu sahədə problemlər yeni qanunla aradan qaldırılacaq: “Yeni qanun layihəsi olduqca proqressivdir. Qanun layihəsi aidiyyəti qurumlara təqdim edilib”.