24 may 2023 16:57
333

Putin: Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə yüksəlib

Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə yüksəlib, müxtəlif istiqamətlərdə konstruktiv ikitərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf edir.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda deyilir.

“Əminəm ki, biz birgə səylərlə dost xalqlarımızın rifahı naminə tərəfdaşlıq əlaqələrinin bütöv kompleksinin gələcək inkişafını təmin edəcəyik”, - Putinin məktubunda qeyd olunub.