25 may 2023 13:50
317

Gürcüstan parlamentinin vitse-spikeri Azərbaycanı təbrik edib

Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, Arçil Talakvadze bu münasibətlə Tvitter hesabında paylaşım edib:

“Biz bu möhtəşəm tarixi gün münasibətilə ən xoş arzularımızı və təbriklərimizi çatdırırıq və Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzu edirik”, - deyə Arçil Talakvadze qeyd edib.